Modern.az

Fəhlə faciəvi şəkildə öldü

Fəhlə faciəvi şəkildə öldü

3 İyul 2021, 11:14

İyulun 2-də rayonun Qaravəlli kəndində Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağsu rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb.

 

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə