Azərbaycanda son sutkada 69718 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31055 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 38663 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3740447 COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2321863 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1418584 nəfərdir.