Modern.az

Nazirlik 9 nəfərin əlillik təyinatından İMTİNA ETDİ

Nazirlik 9 nəfərin əlillik təyinatından İMTİNA ETDİ

5 İyul 2021, 11:50

Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 28 şəxsin əyani müayinəsi aparılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyiindən (ƏƏSMN) Modern.az-a evrilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 16-na əlillik təyin olunmasına dair qərar qəbul olunub.

 

9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib. 1 nəfərə müalicənin davam etdirilməsi, 1 nəfərə isə yenidən müayinə üçün göndəriş tərtib edilib. Digər şəxsə isə əlilliyin qiymətləndirilməsi üçün hərbi qərarın gətirilməsi tövsiyə olunub.

 

Bu dəfəki müayinədə “Əlilliyi olan Qadınlar Cəmiyyəti” İB-nın sədri Məhluqə Rəhimova iştirak edib.

 

Bildirilib ki, bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsidir.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var