“Azərbaycanın vulkan atlası 1971-ci ildə hazırlanıb. Xəzərdə sualtı palçıq vulkanlarının sayı 200-dür”.
Modern.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə ərazidə palçıq vulkanlarının olmaması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.
R.Səttarzadənin sözlərinə görə, onlardan 120-si Azərbaycan sektoruna aiddir:
“Azərbaycan sektorunda, Abşeron arxipelaqında vulkan mənşəli 8 belə ada var. Bu yeganə ada deyil. Belə şayiələr yaymaq düzgün deyil”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzərdə palçıq vulkanın olmaması ilə bağlı söylənənlərin absurd olduğunu əlavə edib.