Modern.az

Prokurorluq minaya düşən şəxslərlə bağlı məlumat yaydı

Prokurorluq minaya düşən şəxslərlə bağlı məlumat yaydı

8 İyul 2021, 15:26

Füzuli rayon prokurorluğun minaya düşən şəxslərlə bağlı məlumat yayıb.

 

Prokurorluqdan Modern.az-a verilən məlumata görə, iyulun 8-də saat 14 radələrində 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

 

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat