Modern.az

Məhkumların 98 faizinə vaksin VURULUB

Məhkumların 98 faizinə vaksin VURULUB

8 İyul 2021, 15:44

Penitensiar müəssisələrdə saxlanılan məhkumların vaksinasiyası ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun həyata aparılır.

 

Ədliyyə nazirliyindən Modern.az-a verilən məlumata görə, məhkumların 98 faizi 1-ci doza, 60 faizi isə 2-ci doza vaksinasiyadan keçib:

 

“Yaşı 40-dan yuxarı olan məhbusların vaksinasiyası yekunlaşıb, 18 yaşdan yuxarı olanlara birinci doza vaksin vurulub, hazırda ikinci doza vaksinasiyası davam etdirilir”.

 

Rəsmi məlumata görə, vaksinasiya prosesi cəzaçəkmə müəssisələrinin tibb məntəqələri tərəfindən həyata keçirilir:

 

“Hazırkı dövrə qədər peyvənd olunan məhkumlar arasında kəskin allergik reaksiya və ya hər hansı ağırlaşma baş verməyib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var