Modern.az

Ucardakı dəhşətli qəzada xəsarət alanlarla bağlı AÇIQLAMA

Ucardakı dəhşətli qəzada xəsarət alanlarla bağlı AÇIQLAMA

Aktual

9 İyul 2021, 14:02

Ucar rayonu ərazisində 5 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı daha bir açıqlama verilib.

 

Göyçay Mərkəzi Rayon Xəstəxanasından Modern.az-a bildirilib ki, hadisədə xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib:

 

“Onlardan biri 10 yaşlı uşaq daxili qanaxma, ətraf sümüklərinin sınığı diaqnozu ilə daxil olub. Hazırda vəziyyəti stabildir . Renaimasiyada dinamik müşahidədədir. Digəri, 19 yaşlı xəstə isə çanaq sümüyünün sınığı, eyni zamanda bud sümüyünün sınığı ilə diaqnozu ilə müşahidə altına alınıb”.

 

Qeyd edək ki, iyulun 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi "Vito" markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub.

 

Hadisə nəticəsində sürücü N. Axundov və 4 sərnişini dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə ekspertizalar keçirilir.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var