Modern.az

Vaksin vurduranların sayı 4 milyonu ÖTDÜ

Vaksin vurduranların sayı 4 milyonu ÖTDÜ

9 İyul 2021, 16:43

Azərbaycanda son sutkada 51510 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 20756 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 30754 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4015612 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2437929 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1577683 nəfərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var