Modern.az

DİN-dən azərbaycanlı blogerin “qadınları zorlayın” çağırışına REAKSİYA

DİN-dən azərbaycanlı blogerin “qadınları zorlayın” çağırışına REAKSİYA

12 İyul 2021, 10:06

“Sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxsin izləyicisi olan kişilərə xitab edərək, ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış etməsilə bağlı araşdırmalara başlanılıb”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

 

DİN rəsmisinin sözlərinə görə, araşdırma nəticəsindən asılı olaraq, sözügedən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq.

 

Qeyd edək ki, “Pantural” adlı bloger videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyərək, diskomfort yaratdıqlarını bildirib:

 

“Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat