Modern.az

Dövlət Komitəsi “Qadınları zorlayın” deyən blogerin işini nəzarətdə saxlayır

Dövlət Komitəsi “Qadınları zorlayın” deyən blogerin işini nəzarətdə saxlayır

Aktual

12 İyul 2021, 12:50

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxsin qadınlara qarşı seksual xarakterli zorakılıq əməlləri törətməyə çağırışına münasibət bildirib.

 

Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Modern.az-ın sorğusuna cavab olaraq, belə çağırışların yolverilməz olduğunu deyib:

 

“Çünki bu cür çağırışlar cəmiyyətdə nifrət nitqini inkişaf etdirir. Zorakılığa çağırış edən şəxslər qanunvericiliyə, İnzibati Xətalar Məcəlləsinə, ağır fəsadlar olduğu halda isə Cinayət Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb edilə bilərlər. Qadınlara qarşı zorakılığa çağırış birbaşa insan hüquqlarının, Azərbaycan Milli Qanunvericiliyinin pozulmasıdır”.

 

E.Səfərovun sözlərinə faktla bağlı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və müvafiq olaraq qanun çərçivəsində tədbir görüləcək:

 

“Ümumiyyətlə, cəmiyyətdə nifrət nitqi, qadınlara qarşı zorakılıq yolverilməzdir və Dövlət Komitəsi tərəfindən qınanılır”.

 

Qeyd edək ki, “Pantural” adlı bloger videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyərək, diskomfort yaratdıqlarını bildirib:

 

“Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da saytımıza faktla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

 

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir