Modern.az

Ağır yaralanmış 8 qazimiz Türkiyəyə göndərildi

Ağır yaralanmış 8 qazimiz Türkiyəyə göndərildi

Aktual

13 İyul 2021, 11:14

Ağır yaralanmış daha 8 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

 

Fonddan Modern.az-a verilən məlumata görə, yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

 

Qazilərimizin ad və soyadı aşağıdkaı kimidir:

 

  1. Hüseynov Tural Araz oğlu;
  2. Bağırov Yaşar Yavər oğlu;
  3. Məmmədov Məhəmməd Asif oğlu;
  4. Məmmədzadə Adəm Gülhəsən oğlu;
  5. Nağıyev Şıxseyid Vahid oğlu;
  6. Novruzov Rəşad Lətif oğlu;
  7. Məhərrəmov Əkbər Səyyaf oğlu;
  8. Qurbani Ruslan Qulam oğlu.

 

Bildirilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

 

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

 

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau

 

 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat