Modern.az

İdxal-ixrac əməliyyatlarında AVTOMOBİL üstündür

İdxal-ixrac əməliyyatlarında AVTOMOBİL üstündür

15 İyul 2021, 10:35

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac, 156 ölkədən idxal olunub.

 

Dövlət Statstika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə,  2021-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 11957,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7564,7 milyon dollar, idxalın dəyəri 4392,9 milyon dollar təşkil edib, nəticədə 3171,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

2020-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 21,3 faiz artıb, real ifadədə isə 10,2 faiz, o cümlədən idxal 13,4 faiz, ixrac 7,8 faiz azalıb.

 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 88,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Gürcüstan, Ukrayna, İspaniya, Almaniya, İsrail, Birləşmiş Krallıq, ABŞ, Portuqaliya, Tunis, Xorvatiya, Belarus, İran, Tailand, İsveçrə, Yaponiya və Koreya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiyanın, 15,0 faizi Türkiyənin, 12,7 faizi Çinin, 6,6 faizi Almaniyanın, 4,4 faizi ABŞ-ın, 4,0 faizi Ukraynanın, hər biri 3,5 faiz olmaqla İran və İtaliyanın, 2,7 faizi Birləşmiş Krallığın, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Braziliyanın, 1,5 faizi Hindistanın, 1,2 faizi Belarusun, hər biri 1,1 faiz olmaqla Vyetnam və Polşanın, 1,0 faizi Niderlandın, 16,9 faizi isə digər ölkələrdəndir.

 

İdxalın 67,2 faizini avtomobil, 17,4 faizini dəmir yolu, 10,7 faizini hava, 4,4 faizini dəniz nəqliyyatı ilə gətirilib, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

 

2021-ci ilin yanvar-may aylarında ölkəyə 28840 ədəd minik avtomobili, 2286 ədəd yük avtomobili, 51 ədəd avtobus idxal olunub.

 

İxracın 36,8 faizini İtaliyaya, 16,3 faizini Türkiyəyə, hər biri 4,7 faiz olmaqla Hindistan və Gürcüstana, 4,6 faizini İspaniyaya, 3,9 faizini Rusiyaya, 3,7 faizini İsrailə, hər biri 2,6 faiz olmaqla Ukrayna, Portuqaliya və Tunisə, 2,4 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Tailanda, 1,7 faizini Belarusa, 1,6 faizini Çinə, 1,2 faizini İsveçrəyə, 0,9 faizini Kanadaya, hər biri 0,6 faiz olmaqla Almaniya, İrlandiya və Cəbəllütariqə, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat