Modern.az

Rayonlararası sərnişindaşımada gecə reysləri BƏRPA OLUNUR

Rayonlararası sərnişindaşımada gecə reysləri BƏRPA OLUNUR

Aktual

15 İyul 2021, 10:50

“Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir”.

 

Bu barədə Modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

 

N.Allahyarova qeyd edib ki, daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qərarı əsasında bu gündən etibarən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biləcək:

“Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq. Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür”.

Qeyd edək ki, xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat