“Artıq 104 ölkədə aşkarlanan “Delta” ştamının daha ağır xəstəliklərə səbəb olması və digər təhlükələrlə bağlı hələ heç bir elmi sübut yoxdur. Baş verən fəsadlar sadəcə müşahidələrdir”.
Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, 72 saat əvvəl götürülən test neqativ ola bilər:
“Ölkəyə daxil olduqdan sonra isə testin nəticəsi pozitiv çıxa bilər. Xəstəlik gizlilik dövründən çıxır və test nəticəsi pozitiv çıxır. Bəzən PZR testi qeyri-qanuni yollarla əldə olunur”.