Modern.az

Dövlət Agentliyindən vətəndaşlara TÖVSİYƏ

Dövlət Agentliyindən vətəndaşlara TÖVSİYƏ

15 İyul 2021, 16:36

“Ət zəruri olduğu qədər təhlükəli və riskli qidalar sırasındadır. Ona görə də tövsiyə edirik ki, vətəndaşlarımız normal şəraitdə kəsilmiş, daşınmış və tələblərə cavab verən yerdə satılan yerdən alsınlar.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlüksizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı ilə bağlı sualları cavablandırarkən bildirib.

 

Q.Əbdüləliyev deyib ki, satış məntəqələrində vətəndaşlarımız özləri baytarlıq sənədlərini tələb edə bilər:

 

“Sənədlər sübut edir ki, heyvan baytar nəzarətindən keçib və insan sağlamlığı üçün təhlükəli deyil. Bu işlərin nəticəsi üçün uctimai nəzarət mütləqdir”.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat