Modern.az

Narkotik aludəçisi olan ailənin azyaşlı uşağından xəbər var

Narkotik aludəçisi olan ailənin azyaşlı uşağından xəbər var

16 İyul 2021, 16:36

Ötən gün sığınacağa yerləşdirilən azyaşlının vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları vəziyyətlə yerində tanış olublar.

 
Bu barədə Modern.az-a Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.


O qeyd edib ki, azyaşlı həkimlər tərəfindən artıq müayinə olunub:


“Araşdırma zamanı məlum olub ki, azyaşlının valideyinləri narkotik vasitə aludəçisidir və uşaq daim nəzarətsiz qaldığından anası tərəfindən dilənməyə məcbur edilib. Narkotik aludəçisi olan valideyinlər isə müayinə üçün Narkoloji Disponserə göndərilib.

Məsələ Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə