Modern.az

Pandemiyadan sonra ilk avtobus Naxçıvana yolda düşdü - FOTO

Pandemiyadan sonra ilk avtobus Naxçıvana yolda düşdü - FOTO

17 İyul 2021, 09:52

Bakı-Naxçıvan marşrutu üzrə ilk müntəzəm avtobus reysi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşüb.

 

Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat evrib.

 

DANX rəsmisinin sözlərinə görə, sərnişinlərin məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə əvvəlcədən təyin olunan məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.

 

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı resyində gediş haqqı 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir. Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcədə avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə "online" gediş bileti sifariş etmək mümkündür.

 

Reyslər yüksək komfortlu, müasir tipli avtobuslarla həyata keçirilir. Azərbaycan vətəndaşları üçün gömrük keçid məntəqəsində COVID-19 testi pulsuz olaraq götürülür.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə