Modern.az

Bələdiyyə sədrindən şikayət edən vətəndaşın problemi həll olundu - VİDEO

Bələdiyyə sədrindən şikayət edən vətəndaşın problemi həll olundu - VİDEO

17 İyul 2021, 11:04

Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması, özəlləşmə prosesinin ləngiməsi ilə bağlı  Füzuli rayon prokurorluğuna müraciət edib.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və  Y.Baxşalıyevin müraciəti təmin olunub.

 

Vətəndaş Yaşar Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.

 

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunur.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə