Azərbaycanda son sutkada 483 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 181 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 302 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4357839 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2581000 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1776839 nəfərdir.