Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır.
Bunu Modern.az-a açıqlamasında Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
Onun sözlərinə görə, körpə Dövlət Komitəsinin nəzarəti altındadır:
“Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımı tədbirlər də görülür”.