"İntihar hallarının idarə olunması olduqca çətindir. Biz xidməti təklif edə bilirik. Bəzən müharibədən qayıdan qəhrəman qazilərimiz psixoloji yardım almaqla bağlı məcburiyyətdən qaçırlar, çünki bu, könüllülük əsasında olmalıdır".
Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər Departamentinin
Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı "Medianın psixi sağlamlıqda rolu" adlı təlimdə bildirib.
N.Osmanlının sözlərinə görə, gələcəkdə intihar hallarının qarşısının alınması üçün çağırı mərkəzinin yaradılmasını zəruri edir:
"Biz hazırda çağırı mərkəzinin yaradılması istiqamətində iş aparırıq".