Modern.az

Bərdədə ər arvadını boğaraq öldürdü  

Bərdədə ər arvadını boğaraq öldürdü  

Aktual

26 İyul 2021, 09:05

İyulun 25-i saat 5 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bərdə rayon prokurorluğundan Modern.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir