Modern.az

Məhkəmədən qaçan şəxs yarım saat sonra saxlanılıb - DİN  

Məhkəmədən qaçan şəxs yarım saat sonra saxlanılıb - DİN  

26 İyul 2021, 12:05

Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

 

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs yarım saat ərzində müəyyən olunaraq saxlanılıb və  aidiyyatı üzrə təhvil verilib.

 

Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat