Modern.az

“Narkotiklə mübarizə həddindən artıq çətindir” - Nazirlik rəsmisi

“Narkotiklə mübarizə həddindən artıq çətindir” - Nazirlik rəsmisi

26 İyul 2021, 12:14

“Azərbaycanın coğrafi mövqeyi bəzilərinin buradan narkotik vasitələrin tranzit nəqli üçün istifadəsinə imkan verir”.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin narkologiya üzrə inspektoru-həkim Fərman Fərmayılov bildirib.

 

O deyib ki, torpaqlarımız işğaldan azad olunana qədər erməni qəsbkarları tərəfindən narkotik vasitələrin becərilməsi, nəzarətsiz şəkildə sərhəddən daşınması çox geniş yayılıb:

 

“Artıq torpaqlarımız işğaldan azad edilib və sərhədlərə nəzarət bərpa olunub. Bu nöqteyi-nəzərdən hazırda ölkə ərazisindən tranzit nəqli kimi istifadə olunmur. Bununla mübarizə həddindən artıq çətindir. Həbs olunan narkotik ticarətçiləri ilə bağlı videolara baxanda da görünür ki, onlar narkotik vasitələrin daşınması üçün ağlagəlməz üsullardan istifadə edirlər. Hazırda ölkədə bu istiqamətdə ciddi mübarizə aparılır”.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat