Modern.az

Bu il 444 cinayət işi məhkəmələrə göndərilib

Bu il 444 cinayət işi məhkəmələrə göndərilib

27 İyul 2021, 10:12

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, bu günün rəqəmi isə 444-dür.

 

Belə ki, 2020-ci ilin I yarımili ərzində prokurorluq orqanları tərəfindən istintaqı aparılmış 444 cinayət işinin ittiham aktı ilə məhkəmələrə göndərilməsi təmin edilib.

 

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat