Modern.az

“Taliban” etiraza çıxan qadınları döydü

“Taliban” etiraza çıxan qadınları döydü

21 Oktyabr 2021, 13:44

Kabil şəhərində qadınlar Əfqanıstan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar "Taliban" hökumətini öz hüquqlarına hörmət etməyə çağırıblar. Etirazçıların sayı 30 nəfərdən çox olub.

Qadınlar həmçinin hökumətdə təmsil olunmaq arzularını dilə gətiriblər.

 

Qeyd edilib ki, “Taliban” hökuməti aksiyanı dağıdıb, çəkiliş aparan jurnalistlər döyülüblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat