Modern.az

Bakıda PPX avtomobili qəzaya düşdü - Polis yaralandı

Bakıda PPX avtomobili qəzaya düşdü - Polis yaralandı

26 Oktyabr 2021, 09:24

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az-ın məlumatına görə, hadisə Ağ Şəhər ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan “Gelandewagen” markalı avtomobil Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinə (PPX) məxsus avtomobilə çırpılıb.

 

Qəza nəticəsində avtomobildə olan polis əməkdaşı xəsarət alıb.

 

Hadisədən sonra PPX avtomobili evakuatorla ərazidən uzaqlaşdırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə