Modern.az

“Azəriqaz”da onlayn qəbul keçiriləcək

“Azəriqaz”da onlayn qəbul keçiriləcək

Aktual

28 Oktyabr 2021, 14:10

Oktyabrın 29-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirəcək.

 

Modern.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Baş direktor Ruslan Əliyev İmişli rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Neftçala rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Salyan rayon sakinləri ilə videoformatda görüşəcək.

 

Qəbula dair əlavə məlumat almaq istəyənlər İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV