Modern.az

Koronavirus ölü doğuşların sayını artırdı

Koronavirus ölü doğuşların sayını artırdı

20 Noyabr 2021, 09:27

ABŞ-da aparılan araşdırmalar nəticəsində məlum olub ki, koronavirusa yoluxan hamilə qadınlarda ölü doğum riski yüksəkdir.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu təhlükə “Delta” ştammına yoluxanlar arasında dörd dəfə daha artıqdır.

 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin açıqlamasına görə 736 xəstəxanada ölü doğuş araşdırılıb. Koronavirusa yoluxan hər hamilə qadından 80 nəfərin birində ölü doğuş müşahidə edilib.

 

Araşdırma zamanı ötən yay ABŞ-da hamilə qadınlardan yalnız 30 fazinin koronavirusa qarşı peyvənd olunduğu məlum olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı