Modern.az

Ölkədə \"Omicron\"a yoluxma qeydə alınmayıb

Ölkədə \

28 Dekabr 2021, 17:14

Gündəlik olaraq, seçmə üsulu ilə koronavirusa yoluxanların nəticələri təhlil edilir.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin I müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirib.

 

T. Musayev qeyd edib ki, indiyədək Azərbaycanda "Omicron" ştammına rast gəlinməyib:

 

"Qonşu ölkələrdə bu ştamm aşkarlandığından, bizə də çatması an məsələsidir. Əgər bu ştamm aşkarlanarsa, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər həyata keçiriləcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var