Modern.az

"Oscar"da bir ilk yaşanacaq

Aktual

15 Fevral 2022, 17:56

“Oskar” mükafatının təqdimetmə mərasimində bir ilk yaşanacaq.

 

Modern.az  xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

 

Bildirilib ki, bu dəfə filmlərdən biri tamaşaçıların səsverməsi nəticəsində qalib elan olunacaq. 

 

Artıq tviterdə səsvermə başlayıb. 2021-ci ildə işıq üzü görmüş istənilən filmə #OscarsFanFavorite həştəqi vasitəsilə səs vermək mümkündür.

 

“Oskar” mükafatının builki təqdimetmə mərasimi martın 27-də baş tutacaq.

 

Qeyd edək ki, #OscarsFanFavorite həştəqlərinə əsasən tamaşaçılardan ilk “Oskar” almağa əsas namizəd Con Uotsonun “Hörümçək adam: Geriyə yol yoxdur” filmidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır