Modern.az

Tələbələrin narazılığına səbəb olan elan YIĞIŞDIRILDI

Tələbələrin narazılığına səbəb olan elan YIĞIŞDIRILDI

Aktual

26 May 2022, 10:20

Xəzər Universitetinin həyətində yerləşdirildiyi bildirilən elan sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Elanda tələbələrə xitabən qeyd olunub ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.

 

Bununla bağlı universitetdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən bildiriş ali təhsil müəssisəsinin həyətində qanunsuz yerləşdirilib.

 

 

Xəzər Univeristetinin mətbuat katibi Əlövsət Əmirbəylinin sözlərinə görə, elanı yeməkxana rəhbəri özbaşına yerləşdirib:

 

“Universitetə aidiyyəti yoxdur, yeməkxanaya yemək aparmasınlar deyə elə bir elan asıblar. Amma bu qanunsuzdur. Elan dərhal səhər tezdən göstərişimizlə yığışdırıldı, yeməkxana müdiri də rektorluğa dəvət edilib. Onunla bağlı tədbir görüləcək”.   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir