Modern.az

20 məktəbin İnkişaf Planı hazırlanıb

20 məktəbin İnkişaf Planı hazırlanıb

Aktual

8 İyun 2022, 12:08

2021-2022-ci tədris ilində 20 məktəbin İnkişaf Planı hazırlanıb.

 

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, İnkişaf Planı  Təlimə Dəstək Mərkəzi tərəfindən hazırlanıb:

 

"İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər".

 

Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir