Modern.az

Almaniya səfiri Azərbaycandan gedir

Almaniya səfiri Azərbaycandan gedir

Aktual

25 İyun 2022, 15:37

İyunun 25-də xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Modern.az xəbər verir ki, nazir Ceyhun Bayramov Almaniya səfirinə Azərbaycanda uğurlu fəaliyyətinə və bu müddətdə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Səfir Volfqanq Maniqin Azərbaycan üçün çox önəmli bir dövrdə diplomatik fəaliyyət göstərdiyini qeyd edən nazir Ceyhun Bayramov, Almaniyanın hər zaman Azərbaycanın suverenlik və ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyi məmnunluqla vurğulayıb.

 

Səfir Volfqanq Maniq xarici siyasət sahəsində sonuncu diplomatik fəaliyyətinin Azərbaycanda olduğunu qeyd edib və ölkədən xoş təəssüratlarla ayrıldığını bildirib. İki ölkə arasında əlaqələrin xüsusi olduğunu bildirən səfir, bir çox sahələrdə birgə maraqların olduğunu söyləyib.

 

Tərəflər, iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat