“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə evdə keçirəcəyi oyunun biletlərinin hamısı satılıb.
“Modern.az xəbər verir ki, bu haqda Ağdam klubunun Baş meneceri Asif Əsgərov məlumat yayıb.
O qeyd edib ki, biletlər artıq bitib.
Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.