Xəzər dənizində zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 17:26-da qeydə alınıb. Zəlzələnin maqnitudası 4,1 olub, 45 kilometr dərinlikdə baş verib.