Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Avropa Komissarı "Twitter"də məlumat yayıb.
Tərəflər enerji, Cənubi Qafqaz regionundakı vəziyyət və Ukraynadakı müharibənin təsirini müzakirə ediblər.
Görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində baş tutub.