Modern.az

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı

20 İyul 2022, 10:50

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

 

Modern.az xəbər verir ki, buna səbəb “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə İsveçrənin “Sürix” klubu üzərində 3:2 hesablı qələbə əldə etməsi olub. 

 

Bu qələbə Azərbaycana 0,250 xal gətirib. Ümumi xallarının sayını 13,125-ə çatdıran ölkəmiz 29-cu pillədəki yerini qoruyub. 

 

Qeyd edək ki, sabah Konfrans Liqasının II təsnifat mərhələsindən Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “zirə” və “Qəbələ” mübarizəyə başlayacaqlar. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi