Modern.az

Bu günün havasıKülək, 41 dərəcə isti 

Bu günün havası - Külək, 41 dərəcə isti 

21 İyul 2022, 08:16

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

 

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti olacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi