Modern.az

Şimşək çaxacaq, yağış yağacaq - Temperatur 3-5° enəcək

Şimşək çaxacaq, yağış yağacaq - Temperatur 3-5° enəcək

Aktual

20 İyul 2022, 12:56

Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək. Şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

 

Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

 

Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi