Modern.az

Hacıqabulda Vətən Müharibəsi Şəhidinin xatirəsi doğum günündə anılıb

Hacıqabulda Vətən Müharibəsi Şəhidinin xatirəsi doğum günündə anılıb

20 İyul 2022, 11:00

Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Tağıyev Röyal Tağı oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb.

 

Modern.az xəbər verir ki, xatirə tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin dostları, ailə üzvləri iştirak edib.

 

Qubalıbalaoğlan kənd qəbiristanlığında Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb.

Tağıyev Röyal Tağı oğlu 05.10.2020-ci ildə Fizuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , 3-cü dərəcəli “Xidmətdə fərqlənməyə görə”  , “Cəsur döyüşçü” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif olunub.
 

Sonda Şəhidlərin ruhuna dualar oxunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi