Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsib.
Modern.az xəbər verir ki, bu barədə SANA agentliyi Suriya XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
Bu addımın qarşılıqlılıq prinsipinə uyğun olaraq atıldığı qeyd edilir. Xatırladaq ki, Ukrayna hökuməti iyunun sonunda Dəməşqlə münasibətləri dayandırmaq qərarını açıqlayıb.
Buna səbəb Suriyanın Donbasın və Luqanskın Rusiya ordusu tərəfindən müvəqqəti işğal olunmuş ərazilərinin “müstəqilliyi”ni tanıması qərarı olub. Suriyanın prezident aparatı cari ilin fevralında hər iki separatçı regionun müstəqilliyini tanımaq niyyətində olduğunu bəyan etmişdi.
Ukrayna tərəfi həmçinin Suriyaya qarşı ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi prosedurlarına da başlayacağını açıqlayıb.