Zaqatala rayon sakini Eyvaz Mahmudovun müraciəti nəzarətə götürülüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Zaqatala rayon sakini Eyvaz Mahmudov iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda qəbul edilməklə qızı Rəna Ramazanovanın vəfat etməsi faktı ilə bağlı aparılan araşdırma üzrə müraciəti nəzarətə götürülüb.
"Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək", - deyə rəsmi məlumatda vurğulanıb.