Modern.az

Bəraət alan şəxs HƏBS OLUNDU

Bəraət alan şəxs HƏBS OLUNDU

Aktual

20 İyul 2022, 16:10

Əvvəllər məlumat verildiyi kimi, 10 fevral 2022-ci ildə Bərdə rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxsə bəraət hökmü verilib.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, həmin hökmdən dövlət ittihamçısı tərəfindən 15 fevral 2022-ci ildə apellyasiya protesti verilib.


Gəncə Apellyasiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli  hökmü ilə protest təmin ediib. Sözügedən şəxs təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və dərhal məhkəmə zalında həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi