Modern.az

Piyadanı öldürən sürücü maşınını aşırıb qaçdı

Piyadanı öldürən sürücü maşınını aşırıb qaçdı

Aktual

21 İyul 2022, 11:00

İyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, o sonra avtomobili aşıraraq hadisə yerini tərk edib. 


Nəticədə piyada hadisə yerində ölüb.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb. 

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi