Modern.az

Goranboyda ağır qəza: 2 ölü, 3 yaralı

Goranboyda ağır qəza: 2 ölü, 3 yaralı

Aktual

31 İyul 2022, 10:08

Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə magistral yolun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib, üç nəfər xəsarət alıb.

 

Xəsarət alanlar 1988-ci il təvəllüdlü M.Rəhimov və 2001-ci il təvəllüdlü E.Qocayev olub, həmçinin 2002-ci il təvəllüdlü X.Babayevə də həkimlər tərəfindən tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?