Modern.az

Allahşükür Paşazadə qan verdi

Allahşükür Paşazadə qan verdi

8 Avqust 2022, 11:25

Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qanvermə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, idarə əməkdaşları və ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir