Modern.az

Mirmahmud Mirəlioğunun səhhəti barədə açıqlama: "Komaya düşməyib"

Mirmahmud Mirəlioğunun səhhəti barədə açıqlama:

Aktual

25 Avqust 2022, 16:37

Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlunun xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb. Bəzi iddialara görə, hətta M.Mirəlioğlu komaya düşüb.

Modern.az bildirir ki, KXCP rəsmisi Fikrət Cəfərli xəbərə aydınlıq gətirib.

“Mirmahmud Mirəlioğlunun səhhətində problem var. Amma yayılan məlumatlarda qeyd olunan kimi deyil, o, komaya düşməyib. 5-10 günlük müalicə ilə keçib gedən xəstəlikdir”, - F.Cəfərli deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır