Modern.az

Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi

Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi

Aktual

1 Sentyabr 2022, 12:30

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni əmr imzalayıb.

 

Modern.az “Unikal”a istinadən xəbər verir ki, əmrə əsasən Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır