Modern.az

FHN əməliyyat görüntülərini yaydı - VİDEO

FHN əməliyyat görüntülərini yaydı - VİDEO

Aktual

1 Sentyabr 2022, 12:42

Fövqəladə Hallar Nazirliyi ötən sutka ölkə ərazisində baş verən təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı rəsmi xronikanı açıqlayıb.

 

Nazirliyin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 112 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Göygöl rayonunun Hacıməlik kəndində iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, yanğın zamanı 18 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır